2008 Pop Star Alaturka (azerice) - Avraam Russo hakkında Makaleler - MÜZİK - Avraam Russo Türkçe


2008 Pop Star Alaturka (azerice)

21.10.2008 Avraam Russo Pop Star Alaturka'da

 

Nərgiz münsiflərdən 10 bal aldı
"Əgər bizim Nərgizə iradımız varsa..."

Bazar axşamı Türkiyənin "Star" kanalında yayımlanan "Popstar alaturka" musiqi müsabiqəsinin növbəti buraxılışında həmyerlimiz Nərgiz Hüseynli musiqisi Əli Səlamiyə, sözləri Məhəmmədhüseyn Şəhriyara aid olan "Ayrılıq" mahnısını ifa etdi. İfası bəyənilən Nərgiz bütün münsif heyətindən 10 bal ala bildi. Nərgizin çıxışından sonra Armağan Çağlayan açıqlama vermək istədiyini bildirdi və söylədi ki, "Vatan" qəzetində məşhur bir yazarın məqaləsi çıxıb. Həmin yazıda deyilir ki, biz burada Nərgizin timsalında bütün Azərbaycan xalqını təhqir edirik. Bu belə deyil. Əgər bizim Nərgizə iradımız varsa, bu sırf onun ifası ilə bağlı olur, bu iradları bütün bir xalqa şamil etmirik". Digər münsif üzvləri də Armağanın sözlərinə qüvvət verdilər və Orhan Gencebay qeyd etdi ki, azərilər bizim qardaşlarımızdır, onlar da türkdür, biz öz qardaşlarımızı niyə təhqir edək, burada nə isə bir anlaşılmazlıq var, əvvəl verilişi izləyib sonra yazı yazmaq lazımdır. Nərgiz isə belə bir yazıdan xəbəri olmadığını bildirdi.

Əlavə olaraq bildirək ki, "Popstar"a məşhur Rusiya starı Avraam Russo dəvət edilmişdi. O, 2 rus və canlı olaraq 1 türk mahnısı ifa etdi. Avraam Russo atasının Türkiyənin Antep mahalından olduğunu, özünün 6 - 7 yaşlarında Antepdən çıxdığını, amma Türkiyə ilə əlaqəsini kəsmədiyini, hər zaman doğma ölkəsinə gəldiyini dedi. Həm də müğənni bütün fikirlərini təmiz türkcə ifadə etdi.

Yeri gəlmişkən, Türkiyənin "Show" telekanalında yayımlanan "Varmısın, yokmusun" proqramının bazar buraxılışında dünyaşöhrətli star Kristina Aqilera yarışdı. 2 aylıq danışıqlardan sonra dəvəti qəbul edib Türkiyəyə gələn Kristina Acunun verilişində iştirak etdi. Layihənin rəhbəri Acunun məsləhəti ilə köməksiz uşaqlar üçün yarışmaq təklifini qəbul edən Kristina əgər qazanarsa, bu pulun 100 min YTL-sini həmin uşaqlara verəcəyini bildirdi. Çox həyəcanlı və starın canlı mahnıları ilə sona çatan proqramda K.Aqilera qalib gələrək 180 min YTL qazandı. Bütün Türkiyə ölkələrində ilk dəfə olan Kristinanı hərarətlə qarşıladı. Bunu görən gənc star yaxın zamanlarda bu ölkədə konsert vermək fikrinə düşdüyünü açıqladı.

www.hafta-ichi.com

Category: Avraam Russo hakkında Makaleler | Added by: Вячеславна (01.10.14, 23:50)

| Tags: 2008, dergi

Views: 148 | Downloads: 0 | Rating: 0.0/0


Total comments: 0
avatar